Maskalı imtahan - FOTOREPORTAJ - VİDEO

Maskalı imtahan - FOTOREPORTAJ - VİDEO Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycanın 20 şəhər və rayonunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
Multimedia
18 İyun , 2020 14:48
Maskalı imtahan - FOTOREPORTAJ - VİDEO
Report/Elchin Murad

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycanın 20 şəhər və rayonunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

İmtahanlar 115 bina, 1 904 zalda təşkil olunub. Bunun üçün 115 ümumi, 312 imtahan rəhbəri, 2 475 nəzarətçi - müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb. İmtahanlarda, təxminən, 24 312 şagird (abituriyent) iştirak edib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün binalara müxtəlif daxilolma vaxtları müəyyən edilib. Şagirdlər (abituriyentlər) buraxılış vərəqəsində göstərilən vaxtda binaların qarşısında olublar. Onlar imtahana tibbi maska ilə gəliblər. İmtahan müddətində isə maskanı çıxarmaq qadağan edilib.

DİM-in yeni qaydalarına görə, maskalar bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

“Report” imtahandan reportajı təqdim edir. 

Video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi