Yuxarı

Maaşınızın neçə faizini qidaya xərcləyirsiniz? - VİDEOSORĞU

Maaşınızın neçə faizini qidaya xərcləyirsiniz? - SORĞU 424

İnsanlar aldıqları əməkhaqqını müxtəlif istiqamətlərə xərcləyirlər. Həmin xərclərə qida, istirahət, geyim, səhiyyə və digər istiqamətlər daxildir.

Xarici ekspertlərin araşdırmalarına görə, dünyada əsas qida məhsullarına ən az vəsait xərcləyən əhali Avstraliyadır. Bu ölkədə əhali aylıq minimal maaşlarının cəmi 7%-ini əsas qida məhsullarına xərcləyirlər. Bu, yüksək əməkhaqqı məbləği və qida məhsullarının ucuz olması ilə bağlıdır.

Araşdırmaya görə, Azərbaycan əhalisi əməkhaqlarının 43,3%-ini əsas qida məhsullarının alınmasına xərcləyir. Türkiyədə bu rəqəm 19,1%, Rusiyada 44,8%, Ermənistanda 61,8% təşkil edir.

“Report” paytaxt sakinləri arasında sorğu keçirərək onlara “maaşınızın neçə faizini qidaya xərcləyirsiniz?” sualı ilə müraciət edib.

Video: Vüqar Xanlarov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi