“Konsert vaxtı telefona baxmaq olmaz” - ifaçılarının adı gizli saxlanılan konsertdən - REPORTAJ

“Konsert vaxtı telefona baxmaq olmaz” - ifaçılarının adı gizli saxlanılan konsertdən - REPORTAJ Bakı. 21 may. REPORT.AZ/ “İfaçılarının adı gizli saxlanılan konsert” ifadəsi qəribə səslənsə də, hər gün dünyada belə konsertlər olur və bu cür tədbirlərə də kifayət qədər insan gedir. Hər ay dünyanın 60-dan çox ölkəsinin müxtəlif şəhərlərində 400-dən çox belə konsert keçirilir, iştirakçılar bilet alır və kimi dinləyəcəklərini getdikləri məkanda öyrənirlər. Bu tədbirlər “Sofar” (Sounds From A Room) konsertləri adlanır. “Sofar” termin olaraq otaqdan gələn səs anlamına gəlir, bu səbəbdən də Sofarın bütün konsertləri ev şəraitində, yəni ya evlərdə, ya da ev bənzəri yerlərdə (cafe, kilsə, pasaj, teras və s.) təşkil olunur. Reportun əməkdaşı Bakıda təşkil olunan “Sofar” konsertindən yazır.
Multimedia
21 May , 2018 17:36
“Konsert vaxtı telefona baxmaq olmaz” - ifaçılarının adı gizli saxlanılan konsertdən - REPORTAJ
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ “İfaçılarının adı gizli saxlanılan konsert” ifadəsi qəribə səslənsə də, hər gün dünyada belə konsertlər olur və bu cür tədbirlərə də kifayət qədər insan gedir. Hər ay dünyanın 60-dan çox ölkəsinin müxtəlif şəhərlərində 400-dən çox belə konsert keçirilir, iştirakçılar bilet alır və kimi dinləyəcəklərini getdikləri məkanda öyrənirlər. Bu tədbirlər “Sofar” (Sounds From A Room) konsertləri adlanır. “Sofar” termin olaraq otaqdan gələn səs anlamına gəlir, bu səbəbdən də Sofarın bütün konsertləri ev şəraitində, yəni ya evlərdə, ya da ev bənzəri yerlərdə (cafe, kilsə, pasaj, teras və s.) təşkil olunur. "Report"un əməkdaşı Bakıda təşkil olunan “Sofar” konsertindən yazır.

Yerli musiqiçilər qlobal arenada

Bu qlobal musiqi hərəkatı 2009-cu ildə Londonda yaranıb. 2016-cı ilin iyun ayından isə rəsmi icazə ilə Bakıda fəaliyyət göstərir və təsisçisi Rəşad Nəzərlidir. Hərəkatın məqsədi yeni fəaliyyətə başlayan istedadlı musiqiçilərə dəstək olmaq, onları tanıtmaq və musiqisevərləri bir araya toplamaqdır, qısacası, yerli musiqilərin və musiqiçiləri qlobal arenada tanıtmaq. Konsertlər “Sofar”ın qlobal "Youtube" kanalına qoyulur, istənilən şəxs bu konsertləri izləyə, yeni musiqiçilər kəşf edə bilərlər.

Konsert vaxtı telefona baxmaq olmaz

“Sofar”ın əsəs işçi heyəti könüllülərdən ibarətdir. Bu konsertlərdə könüllülüyu xarakterizə edən əsas tələblər həvəskarlıq, diqqət və məsuliyyətdir.

“Sofar” Sounds konsertlərində dinləyicilərin hamısı eyni hüquqa malikdir, yəni qonaqlar kateqoriyalara bölünmür. Bu konsertlərin özünəməxsus qaydaları var, məsələn, izləyicilərə konsert vaxtı telefonlara baxmaq olmaz. Musiqiçilər üçün şərtlərə isə öz bəstələrini təqdim etmək daxildir.

Publarda səslənən musiqilər 

Bu konsetlərin əsas maraqlı tərəfi odur ki, bütün musiqiçilərə eyni şəkildə dəstək olmaq üçün ifaçıların adı gizli saxlanır. “Sofar” tamaşaçıları yalnız dəvət aldıqdan sonra gecənin musiqili qonaqları haqqında məlumatlanırlar.

“Sofar” Baku Azərbaycanın musiqi sahəsində ən qabaqcıl olan layihələrdən biridir. Burada müəyyən qrup insanların publarda qulaq asdıqları underground janrında musiqilər səslənir ki, daha geniş auditoriya bu musiqilərlə tanış olsun. “Sofar” yalnız underground janrında musiqinin üzərində fokuslanmayıb, burada çoxlu caz, klassik və pop janrının ifaçıları da iştirak edir.

Hər kəs istədiyi yerdə otura bilər

Bu konsertlərin bir fərqli cəhəti də ondan ibarətdir ki, tamaşaçılar özləri ilə birgə yeyəcək və içəcəklər gətirməkdə sərbəstdirlər. Burada antrakt zamanı hər kəs özünə xidmət edir. Antraktdan sonra hər kəs istədiyi yerdə, döşəmə, ya oturacaqlarda öz yerini tutur, səssiz-səmirsiz gecənin musiqi proqramını izləyir.

Bakıdakı 9-cu “Sofar” 

Dünən, mayın 20-də Bakıda 3 ifaçının iştirakı ilə 9-cu “Sofar” konserti keçirilib. "Yoga Shahi"nin studiyasında keçirilən konsertdə 100-dən çox musiqisevər iştirak edib. İştirakçılar ilk “Yogaddin” etnik qrupunun, daha sonra musiqiçi Cavidan Fatihi və "DədəBaba" qrupunu dinləyiblər.

 Könüllü şəxslərə, şirkətlərə ehtiyac var

“Sofar” Bakının onlara dəstək olmaq istəyən, evinin qapılarını könüllü olaraq açmaq istəyən şəxslərə, şirkətlərə ehtiyacı var.

Qeyd edək ki, Bakıda növbəti “Sofar” konserti iyun ayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi