“Kənddən şəhərə” yarmarkası yenidən fəaliyyətə başlayıb - VİDEO

“Kənddən şəhərə” yarmarkası yenidən fəaliyyətə başlayıb - VİDEO Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edir
Multimedia
19 Fevral , 2021 17:25
“Kənddən şəhərə” yarmarkası yenidən fəaliyyətə başlayıb - VİDEO

Bakı və Abşeron ərazisində 19-21 fevral tarixlərində üç fərqli nöqtədə “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil edilib.

“Report” bildirir ki, yarmarkalarda birbaşa fermerlər təbii kənd və qida məhsullarının münasib qiymətlə satışını həyata keçirilir. Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

Qeyd edək ki, yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçiriləcək. Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edir. Sonuncu dəfə “Kənddən şəhərə” yarmarkası Yeni il öncəsi təşkil edilmişdi.

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev “Report”a bildirib ki, yarmarkanın cümə günündən fəaliyyətə başlamanın səbəbi həftəsonu ictimai nəqliyyatın işləməməsidir.

“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

“Report” yarmarkadan reportajı təqdim edir:

Son xəbərlər

Orphus sistemi