Xəzər sahilində isti həftə sonu: Bakıda "JARA" festivalının möhtəşəm pre-partisi keçirilib - FOTO - VİDEO

Xəzər sahilində isti həftə sonu: Bakıda "JARA" festivalının möhtəşəm pre-partisi keçirilib - FOTO - VİDEO Yayın ən çox gözlənilən festivalı olan JARA ərəfəsində Sea Breeze Bakuda böyük pre-parti keçirilib.
Multimedia
24 İyun , 2019 16:50
Xəzər sahilində isti həftə sonu: Bakıda JARA festivalının möhtəşəm pre-partisi keçirilib - FOTO - VİDEO

Yayın ən çox gözlənilən festivalı olan "JARA" ərəfəsində "Sea Breeze Baku"da böyük pre-parti keçirilib.

"Report" xəbər verir ki, Bakıda təşkil edilən parti unudulmaz şou və yaşanan emosiyalarla hələ uzun müddət xatırlanacaq.

"İsti" publika ilə birlikdə "JARA"nı ən parlaq sənətçilər qeyd edib. Yuliya Baranovskayanın aparıcılıq etdiyi partinin səhnəsində SEREBRO, Aygün Kazımova, MBAND, Brilliant Dadaşova, EMIN, Zülfiyyə Xanbabayeva, AISEL, Dilarə Kazımova, SAMRA, Çingiz Mustafayev, Nigar Camal, CYGO, İrina Nelson, Lyusya Çebotina və DJ TWINS çıxış ediblər.

Qeyd edək ki, iyulun 25-dən 28-dək "Sea Breeze Resort" kurortu ərazisində qonaqları 4 gün davam edəcək non-stop formatlı əyləncə gözləyir. 80-dən çox artistin iştirakı ilə fantastik konsert, ulduz dəfiləsi, inanılmaz işıq şouları və gün batımında rəqs - müasir musiqi festivallarından heç birinin müqayisə oluna bilməyəcəyi ab-hava olacaq. Bu il təşkilatçılar rekordları yeniləyəcəklərinə söz veriblər: əsas səhnədən başqa, sahildə böyük ekranlı iki hovuz quraşdırılacaq, fud-kort zonası, VIP-zona genişləndiriləcək.

Son xəbərlər

Orphus sistemi