İsmayıllı rayonunda torpaq sürüşməsi baş verib, 80-ə yaxın evə təhlükə yaranıb - VİDEO - ƏLAVƏ OLUNUB

İsmayıllı rayonunda torpaq sürüşməsi baş verib, 80-ə yaxın evə təhlükə yaranıb - VİDEO - ƏLAVƏ OLUNUB Əraziyə aidiyyəti orqanlar tərəfindən baxış keçirilib və bir evin sakinlərinin təxliyyə olunmasına qərar verilib
Multimedia
24 Oktyabr , 2016 13:00
İsmayıllı rayonunda torpaq sürüşməsi baş verib, 80-ə yaxın evə təhlükə yaranıb - VİDEO - ƏLAVƏ OLUNUB

                    Xəbər 10:55-də dərc edilib, video əlavə olunub.

İsmayıllı. 24 oktyabr. REPORT.AZ/ İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaranıb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, güclü yağış nəticəsində yaranan və təxminən 1 həftədir davam edən sürüşmə son iki gündə daha da aktivləşib.

Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.

Yaranan yarğan kənd sakini Ağalı Əliyevin həyətyanı sahəsinə doğru genişlənib və təsərrüfat tikilisinə böyük ziyan vurub, yaşadığı mənzilə isə təhlükə yaranıb. 

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından "Report"a verilən məlumata əsasən, əraziyə aidiyyəti orqanlar tərəfindən baxış keçirilib və bir evin sakinlərinin təxliyyə olunmasına qərar verilib.

Son xəbərlər

Orphus sistemi