İslamiada meydanında Azərbaycan pəhləvanları - FOTOREPORTAJ

İslamiada meydanında Azərbaycan pəhləvanları - FOTOREPORTAJ Güləşçilər Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar
Multimedia
19 May , 2017 07:38
İslamiada meydanında Azərbaycan pəhləvanları - FOTOREPORTAJ
Report.az

Bakı. 19 may. REPORT.AZ/ Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

"Report" xəbər verir ki, Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yunan-Roma güləşi yarışlarının ikinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qalib idmançılara medalları dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Son xəbərlər

Orphus sistemi