İntensiv yağışlar Bakıda problemlər yaradıb - VİDEOREPORTAJ

İntensiv yağışlar Bakıda problemlər yaradıb - VİDEOREPORTAJ Bəzi yerlərdə işıqforlar işləməyib
Multimedia
1612
28 Sentyabr , 2017 11:40
İntensiv yağışlar Bakıda problemlər yaradıb - VİDEOREPORTAJ
Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ötən axşamdan yağan intensiv yağışlar Bakıda bir sıra fəsadların yaranmasına səbəb olub.

Belə ki, yağış suları bəzi yerlərdə gölməçələr yaradıb, ictimai nəqliyyatın hərəkətində fasilələr və yollarda tıxaclar yaranıb.

Bundan başqa, bəzi yerlərdə işıqforlar işləməyib. Bu da yollarda qəza vəziyyətlərinin yaranmasına səbəb olub. 

Qeyd edək ki, sentyabr ayının 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə hava şəraitinin ayın sonunadəq qeyri-sabit keçəcəyi ilə ağlı xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, sentyabrın 27-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

"Report" yağışın yaratdığı fəsadlarla bağlı videoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi