Heydər Əliyevin doğum günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Heydər Əliyevin doğum günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.
Multimedia
394
10 May , 2022 18:01
Heydər Əliyevin doğum günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, bununla bağlı tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Zirə Mədəniyyət Mərkəzi Eko-Parkının, Təhsil Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti və "Azərenerji" ASC-nin dəstəyi ilə ilə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə baş tutub.

Tədbirdə hər ilin mayın 10-da - Ulu Öndər Heydər Əliyevin doğum günündə keçirilən ağacəkmə aksiyasının mahiyyətindən danışılıb.

Qeyd olunub ki, layihənin məqsədi Azərbaycanın hər bir bölgəsində, xüsusən də işğaldan azad olunmuş ərazilərdə dağıdılmış, məhv edilmiş və qırılmış təbiətin yenidən canlandırılmasına şagirdlər tərəfindən töhfə verilməsidir.

Həmçinin bildirilib ki, layihədə məqsəd təbiəti canlandırmaqla yanaşı, onu qorumağı iştirakçılara aşılamaqdan ibarətdir.

Buna görə də layihənin hər il may ayının 10-da, yəni Ulu Öndər Heydər Əliyevin doğum günündə həyata keçirilməsi ümummilli liderin Azərbaycanın hər qarışına və ölkənin təbiətinə verdiyi dəyərin unudulmadığı, eləcə də onun daim yaşadılacağı anlamına gəlir.

Ənənəvi olaraq layihə çərçivəsində keçirilən aksiyada müxtəlif növ dekorativ və bar verən ağaclar əkilib.

Qeyd edək ki, “Bu dünyanı yaşıl cənnət edin” şüarlı layihənin davamlı olaraq müxtəlif ərazilərdə təşkil olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi