Heydər Əliyev Mərkəzinin qarşısında izdiham: 30 000-dən çox tamaşaçı müğənnilərlə birgə ifa etdi - VİDEO - YENİLƏNİB-2

Heydər Əliyev Mərkəzinin qarşısında izdiham: 30 000-dən çox tamaşaçı müğənnilərlə birgə ifa etdi - VİDEO - YENİLƏNİB-2 Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə keçirilən konsert maraqlı anlarla yadda qalıb.
Multimedia
27 Avqust , 2019 11:50
Heydər Əliyev Mərkəzinin qarşısında izdiham: 30 000-dən çox tamaşaçı müğənnilərlə birgə ifa etdi - VİDEO - YENİLƏNİB-2

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə keçirilən konsert maraqlı anlarla yadda qalıb.

"Report"un xəbərinə görə, tamaşaçıların, xüsusən də gənclərin sevimli estrada ulduzlarının çıxışı böyük izdiham yaşadıb. 30 000-dən çox tamaşaçının olduğu konsertdə əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara çılğın, enerji dolu proqram təqdim ediblər.

Gecənin xüsusi qonağı isə hazırda Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony olub. O, konsertdə öz məşhur mahnılarını ifa edib. Tamaşaçılar “Lali”, “Alleya” kimi məşhur hitləri müğənni ilə bərabər səsləndiriblər.

Möhtəşəm konsert proqramında ifaçıların hər bir çıxışını izləyicilər alqışlarla, rəqslərlə qarşılayıblar.


*** 11:18

Video əlavə olunub


*** 00:20

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə konsert keçirilib.

"Report" xəbər verir ki, konsertdə Əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim ediblər.

Hazırda Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony gecənin xüsusi qonağı olub və məşhur hitlərini səsləndirib.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi