​Gürcüstanın Qara dəniz incisi - Batumi - FOTOREPORTAJ

​Gürcüstanın Qara dəniz incisi - Batumi - FOTOREPORTAJ Acariya ildən-ilə azərbaycanlıların məşhur istirahət məkanına çevrilir
Multimedia
29 Mart , 2015 14:09
​Gürcüstanın Qara dəniz incisi - Batumi - FOTOREPORTAJ

Bakı. 29 mart. REPORT.AZ/ Hələ Sovetlər İttifaqı dövründən Batumi həm SSRİ siyasi elitasının, həm də adi sovet vətəndaşlarının sevimli istirahət məkanı olub. 

"Report"un məlumatına görə, Tənbərlə örtülü çimərlik, mülayim dəniz və meşəli dağlar illər boyunca sovet vətəndaşlarını bu gürcü müalicəxanasına cəlb edib.
Lakin Sovet İttifaqı dağıldıqdan sonra Batumi nağılı da bitdi. Bu şəhəri unutdular, xarici turistlər isə bura gəlmək istəmirdi. 2004-cü ildən etibarən hər şey dəyişdi və bu diyarı Qara dənizin ən müasir kurort şəhərlərindən birinə çevirməyə başladı.
Bu gün Batumi əsl kurort şəhəri etalonudur. Rəhbərlik bu şəhəri dağılan sovet şəhərciyindən Acariyanın Dubayına çevirdi. Yeri gəlmişkən, burada həqiqətən də Dubayın bir parçası var, çünki bu əmirliyin şeyxi şəhərə 1000-dən artıq palma ağacları hədiyyə edib. Həmin ağaclar Avropada ən uzun bulvarda əkilib. Bulvarın uzunluğunun yaxın gələcəkdə 29 km-ə qədər çatdırılması nəzərdə tutulub.
Batumini Dubayla yaxınlaşdıran daha bir məqam Batuminin ən böyüyə can atmasıdır. Batumidə hazırda Qafqazın ən böyük iş mərkəzi və ən böyük hoteli tikilir. Burada Acariyanın ən yüksək binası - Texnoloji Universitet binası yerləşir.
Ümumilikdə, kurort ildən-ilə inkişaf edir. Bu gün brend hotel markaları Batumidə öz hotellərini tikir və bununla da regionun turizmin inkişafına dəstək olur.
Bura azərbaycanlı və türk investorları da böyük sərmayələr qoyur. Bu səbəbdən şəhərdə çoxlu sayda Azərbaycan və türk hotelləri, restoranlarını görmək olar. Sirr deyil ki, məhz Batumi bizim həmvətənlərimizin məşhur istirahət məkanına çevrilir.

Son xəbərlər

Orphus sistemi