Yuxarı

“Günəşli” yatağındakı həlak olan və itkin düşənlərin xatirəsi anılır - FOTOREPORTAJ

Dənizkənarı Milli Parkda anım tədbiri təşkil olunub, dənizə qərənfillər atılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Dənizkənarı Milli Parkda “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olan və itkin düşənlərin xatirəsi anılır.

"Report"un məlumatına görə, bir qrup gəncin təşkil etdiyi aksiyada dənizin sahilinə qərənfillər düzülüb. Anım mərasimi bu gün gecə saat 00:00-a qədər davam edəcək.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Foto: Orxan Əzim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi