"Günəşli” yatağında baş verən qəzada həlak olan daha bir neftçi dəfn olunub - FOTO

"Günəşli” yatağında baş verən qəzada həlak olan daha bir neftçi dəfn olunub - FOTO Fuad Tağıyevin qızı üç ay əvvəl dünyaya gəlib, oğlunun 10 yaşı var
Multimedia
282
8 Dekabr , 2015 14:43
Günəşli” yatağında baş verən qəzada həlak olan daha bir neftçi dəfn olunub - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ "Günəşli” yatağında baş verən yanğın nəticəsində həlak olan Fuad Tağıyev dəfn olunub.

"Report"un məlumatına görə, mərhum Bakının Bülbülə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri, icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1981-ci ildə anadan olmuş F.Tağıyevin iki azyaşlı övladı yadigar qalıb. Onun qızı üç ay əvvəl dünyaya gəlib. Oğlunun isə 10 yaşı var. 

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 neftçinin cəsədi ailəsinə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi