Görmə əngəlli şəxs: "Gözlərim açılsaydı, günəşin doğmasını görməyi çox istərdim”

Görmə əngəlli şəxs: "Gözlərim açılsaydı, günəşin doğmasını görməyi çox istərdim” Görmə əngəlli şəxs: "Gözlərim açılsaydı, günəşin doğmasını görməyi çox istərdim”
Multimedia
279
13 Noyabr , 2021 19:00
Görmə əngəlli şəxs: Gözlərim açılsaydı, günəşin doğmasını görməyi çox istərdim”

13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür.

60 yaşlı Məhərrəm Şahverdiyev də görmə əngəlli şəxslərdəndir. Onun üçün toxunduğu, bildiyi hər şey sadəcə bir rəngdədir, daha doğrusu, rəngsiz.

Dünyaya gələndən gözləri görmür. Amma gülüşü, həyat dolu olması, bacardığı işlərlə diqqəti cəlb edir. Ən çox görmək istədiyi şey isə günəşin doğmasını izləməkdir.

“Bir neçə il öncə tanışım məni bir filmə çəkdi. Çəkilişlərimiz səhər tezdən günəşin doğduğu zamanda olurdu. İşığa qarşı çox həssasam. Düzdür, işığın yandığını, yaxud da günəş parladığını həmin an hiss edirəm, amma görmürəm. Əgər gözlərim nə vaxtsa görsəydi, ən çox günəşin doğmasını, həm də övladlarımın və dostlarımın üzünü görmək istərdim”, - M.Şahverdiyev bildirib.

Əslən Laçından olan Məhərrəm Şahverdiyev işğal altında olan torpaqlarımızın azad olunmasına da sevinir: “Sevinirəm ki, bu gün Qarabağ problemi də öz həllini tapıb, işğal altında olan torpaqlarımız artıq azaddır. İndi bir arzum da var ki, gedib o torpaqları görüm. Laçında öz evimizə gedib, o torpaqlara ayaq basım. İnşallah bu arzum da həyata keçər”.

“Report” daha ətraflı süjeti təqdim edir:

Video:Vüqar Xanlarov

Montaj:Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi