Göyçayda naməlum şəxslər fermanı yandıraraq qaçıblar - VİDEO - YENİLƏNİB

Göyçayda naməlum şəxslər fermanı yandıraraq qaçıblar - VİDEO - YENİLƏNİB Oğurluq edə bilmədikləri üçün fermanı yandırıblar
Multimedia
64823
12 Fevral , 2019 10:25
Göyçayda naməlum şəxslər fermanı yandıraraq qaçıblar - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə edilib.


*** 08:45

Göycay. 12 fevral. REPORT.AZ/ Göyçay rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə gecə saat 3:00 radələrində rayonun Şahsoltanlı kəndi ərazisində yerli sakin Mustafa Əmirova məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Dərhal əraziyə FHN-in Göyçay və Ağsu Dövlət Yanğından Mühafizə hissəsinin texnika canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1200 kvadratmetr ərazinin 400 kvadrat çardaq hissəsi və 20 tondan çox ot bağlaması yanıb.

Təsərrüfat sahibinin sözlərinə görə, əvvəlcə fermaya naməlum şəxslər basqın edib, lakin oğurluq edə bilmədikləri üçün fermya od vuraraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qaxda saunada yanğın baş verib.

Son xəbərlər

Orphus sistemi