Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-3 - VİDEO

Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-3 - VİDEO Gəncə. 20 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.
Multimedia
20 Noyabr , 2018 11:10
Gəncədə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB-3 - VİDEO
Report

Gəncə. 20 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, dağıntılar altından 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb.

N.Tağıyevanın orta məktəb müəllimi olduğu bildirilir.

Axtrışlar davam etdirilir.

***9:44

Gəncə. 20 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.

"Report"un Qərb bürosu xəbər verir ki, dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 


***9:01
Gəncə. 20 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. 

"Report"un Qərb bürosu xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb. 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. 


***07:51

Gəncə. 20 noyabr. REPORT.AZ/ Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi