​Futzal üzrə Azərbaycan millisi ilk dəfə dünya çempionatına vəsiqə qazanıb

​Futzal üzrə Azərbaycan millisi ilk dəfə dünya çempionatına vəsiqə qazanıb Komanda Hollandiya millisindən üstün olub
Multimedia
12 Aprel , 2016 20:48
​Futzal üzrə Azərbaycan millisi ilk dəfə dünya çempionatına vəsiqə qazanıb

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün futzal üzrə dünya çempionatının "play-off" mərhələsinin cavab görüşündə Azərbaycan milli komandası Hollandiya yığması ilə qarşılaşıb.

"Report"un məlumatına görə, 4:4 hesablı ilə başa çatan oyunun yekun nəticəsinə görə Azərbaycan millisi Kolumbiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

İki oyunun nəticəsinə əsasən Azərbaycan millisi (5:1 və 4:4) üstün tərəf olub. Cavab görüşündə milli komandanın heyətində Rizvan Fərzəliyev, Amadeu, Eduardo, və Rafael fərqlənib.

Milli komanda final mərhələsinə gedən yolda İsveç, Belarus və Xorvatiyaya qalib gələrək qrup lideri kimi "play-off"a yüksəlib.

Qeyd edək ki, final mərhələsi 10 sentyabr - 2 oktyabrda Kolumbiyada təşkil olunacaq.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi