Futbol üzrə Almaniya yığması Bakıya gəlib - VİDEO

Futbol üzrə Almaniya yığması Bakıya gəlib - VİDEO Dünya çempionlarını gətirən təyyarə hava limanında eniş edib
Multimedia
24 Mart , 2017 22:27
Futbol üzrə Almaniya yığması Bakıya gəlib - VİDEO

Bakı. 24 mart. REPORT.AZ/ Futbol üzrə Almaniya yığma komandasının üzvləri Bakıya gəlib.

"Report" xəbər verir ki, son dünya çempionlarını gətirən təyyarə saat 22:25 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Komanda üzvləri jurnalist və azarkeşlərin onları gözlədikləri əsas çıxışdan deyil, VİP zonadan çıxaraq xüsusi ayrılmış avtobusla qalacaqları otelə yollanıblar.

Almaniya yığması martın 26-da 2018-ci il dünya çempionatının qrup mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq. Oyun yerli vaxtla 20:00-da Tofiq Bəhramov adına Respublika stadionuda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi