Bakı. 25 iyun. REPORT.AZ/ Xəbər verdiyimiz kimi, Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Azərbaycan Qran-Prisi iyunun 25-də uğurla başa çatıb.
"Report"un məlumatınaa görə, Formula-1 Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo olub. Pilot məsafəni 2 saat 3 dəqiqə 55 saniyəyə qət edib. İkinci yerə “Mercedes” komandasının üzvü Valtteri Bottas çıxıb. Üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşıb. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası olub.
Yarışın ən maraqlı anlarını təqdim edirik.