Bakı. 7 dekabr. REPORT.AZ/ Dekabrın 8-də futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda üz-üzə gələcək "Qarabağ" (Ağdam) və İtaliyanın "Fiorentina" (Florensiya) komandaları oyundan əvvəl son məşqə çıxıb.
"Report" xəbər verir ki, Azərbaycan təmsilçisinin hazırlıq prosesi "Azersun Arena"da baş tutub. Zədəli olan Rəşad Sadıqov fərdi məşq edib.
"Fiorentina"nın hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Məşqi bir qrup italiyalı azarkeş də izləyib.
Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.