Rusiyanın Xalq artisti Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib - FOTO - VİDEO

Rusiyanın Xalq artisti Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib - FOTO - VİDEO Rusiyanın Xalq artisti Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib.
Multimedia
417
24 İyul , 2019 16:14
Rusiyanın Xalq artisti Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib - FOTO - VİDEO

Rusiyanın Xalq artisti Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib.

"Report"un məlumatına görə, hava limanında rusiyalı estrada ulduzu Bakıya növbəti səfəri və JARA beynəlxalq festivalında iştirakı ilə bağlı təəssüratlarını mətbuatla bölüşüb.

Kirkorov yenidən qonaqpərvər Azərbaycana gəlməkdən çox məmnun olduğunu vurğulayıb.

"Bu dəfə uşaqlarla birlikdə gəlmək qərarına gəldim ki, onlara Bakının görməli yerlərini, o cümlədən İçəri Şəhəri, "Brilyant əl" filminin çəkildiyi yeri və Heydər Əliyev Mərkəzini göstərə bilim. Həmçinin uşaqlarla dənizdə çiməcəyik. Onlara JARA festivalını canlı izləmək maraqlıdır", - Rusiyanın xalq artisti söyləyib.

"Uşaqlarımla Soçidən gözəl uçuş həyata keçirdik. Yaxşı yedik, yatdıq. İndi də Bakıdayıq və JARA festivalında çıxış edəcəyik. Çox maraqlı olacaq, yeni duetlər və mahnılar olacaq", - Kirkorov deyib.

Xatırladaq ki, iyulun 25-dən 28-dək "SeaBreezeResort" kurortu ərazisində qonaqları 4 günlük fasiləsiz əyləncə gözləyir. 80-dən çox sənətçinin iştirak etdiyi fantastik konsertlər, ulduz dəfilələri, inanılmaz işıq şouları və qürubda rəqs - bir sözlə, heç bir müasir musiqi festivalının müqayisə oluna bilməyəcəyi ab-hava olacaq. Bu il təşkilatçılar rekord nəticələr söz verib: sahildəki əsas səhnədən əlavə, iki böyük səhnəsi olan iki hovuz quraşdırılacaq, ərzaq meydançası, VIP zona genişləndiriləcək.

Foto, video: Sultana Əhmədbəyli

Son xəbərlər

Orphus sistemi