FHN: “Təzə bazar”da baş verən yanğının səbəbləri araşdırılır - VİDEO

FHN: “Təzə bazar”da baş verən yanğının səbəbləri araşdırılır - VİDEO Nazirlik açıqlama verib
Multimedia
4 Aprel , 2017 14:51
FHN: “Təzə bazar”da baş verən yanğının səbəbləri araşdırılır - VİDEO
Report.az

Bakı. 4 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"da yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.

Bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov deyib.

O bidirib ki, araşdırmanı nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları aparır: "Yanğının nədən çıxdığının səbəbləri araşdırılır və bununla bağlı akt tərtib olunur".

Qeyd edək ki, ötən gecə baş vermiş yanğın nəticəsində bazarda birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb.

Son xəbərlər

Orphus sistemi