Doğuşdan əvvəl yaranan xəstəlikləri vaxtında aşkarlamağın yolları - TƏQDİMAT - VİDEO

Doğuşdan əvvəl yaranan xəstəlikləri vaxtında aşkarlamağın yolları - TƏQDİMAT - VİDEO Hər bir qadın dünyaya sağlam övlad gətirmək arzusundadır. Lakin bəzən arzuolunmaz xəstəliklər və doğuş zamanı yaranan problemlərdən heç bir qadın sığortalanmayıb. Doğuşdan əvvəl, doğuş zamanı və sonra baş verə biləcək xəstəliklər vaxtında aşkarlanmadıqda və profilaktikası aparılımadıqda daha böyük problemlərin yaranmasına, hətta ananın və ya yeni doğulan körpənin ölümünə səbəb ola bilər. Buna görə də hamilə qadın və ya yeni uşaq dünyaya gətirən analar hər hansı arzuolunmaz hal baş verdikdə bütün məsuliyyəti həkimlərdə yox, özlərində də axtarmalıdırlar. Hamilə qadın ən azından səhhətində baş verən hər hansı neqativ halın profilaktikasını bilməlidir ki, vəziyyəti ağırlaşmadan həkimə çatdırılsın. Ana olmağa hazırlaşan qadın cəmiyyətə sağlam övlad bəxş etmək üçün mütləq məlumatlı olmalıdır. Elə məlumatlar var ki, internetdən, onlayn media və KİV-lərdən əldə etmək mümkündür. Lakin elə məlumatlar da var ki, onu yalnız kitabdan oxumaq olar. Bəzən hamilə qadınlar səhhətlərində baş verən dəyişikliklərin qarşısını almaq məqsədi ilə yaşlı və qoca insanların tövsiyələri əsasında müxtəlif çarələr axtarırlar. Bu isə qətiyyən yolverilməzdir! Tanınmış mama-ginekoloq, ehtiyatda olan mayor Raisə Kazımovanın yeni işıq üzü görən “Sağlamlığa və uğura gedən yol” kitabı ana olmağa hazırlaşan qadınlar üçün əsil tövsiyələr toplusudur. (Red).
Multimedia
229
16 Dekabr , 2019 13:27
Doğuşdan əvvəl yaranan xəstəlikləri vaxtında aşkarlamağın yolları  - TƏQDİMAT - VİDEO

Hər bir qadın dünyaya sağlam övlad gətirmək arzusundadır. Lakin bəzən arzuolunmaz xəstəliklər və doğuş zamanı yaranan problemlərdən heç bir qadın sığortalanmayıb. Doğuşdan əvvəl, doğuş zamanı və sonra baş verə biləcək xəstəliklər vaxtında aşkarlanmadıqda və profilaktikası aparılımadıqda daha böyük problemlərin yaranmasına, hətta ananın və ya yeni doğulan körpənin ölümünə səbəb ola bilər. Buna görə də hamilə qadın və ya yeni uşaq dünyaya gətirən analar hər hansı arzuolunmaz hal baş verdikdə bütün məsuliyyəti həkimlərdə yox, özlərində də axtarmalıdırlar. Hamilə qadın ən azından səhhətində baş verən hər hansı neqativ halın profilaktikasını bilməlidir ki, vəziyyəti ağırlaşmadan həkimə çatdırılsın. Ana olmağa hazırlaşan qadın cəmiyyətə sağlam övlad bəxş etmək üçün mütləq məlumatlı olmalıdır. Elə məlumatlar var ki, internetdən, onlayn media və KİV-lərdən əldə etmək mümkündür. Lakin elə məlumatlar da var ki, onu yalnız kitabdan oxumaq olar. Bəzən hamilə qadınlar səhhətlərində baş verən dəyişikliklərin qarşısını almaq məqsədi ilə yaşlı və qoca insanların tövsiyələri əsasında müxtəlif çarələr axtarırlar. Bu isə qətiyyən yolverilməzdir! Tanınmış mama-ginekoloq, ehtiyatda olan mayor Raisə Kazımovanın yeni işıq üzü görən Sağlamlığa və uğura gedən yol” kitabı ana olmağa hazırlaşan qadınlar üçün əsil tövsiyələr toplusudur. (Red).

Lənkəran şəhərində “Sağlamlığa və uğura gedən yol” kitabı ictimaiyyətə təqdim olunub.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, tanınmış mama-ginekoloq Raisə Kazımovanın müəllifi olduğu kitabın əsas qayəsi "Sağlam ana, sağlam nəsil və güclü Azərbaycan"dır.

Təqdimat mərasimində müəllifin həkim yoldaşları ilə yanaşı, respublikanın müxtəlif bölgələrindən də qonaqlar iştirak ediblər. Çıxış edən qonaqlar Raisə xanımın günümüzdə çox vacib bir məsələyə diqqət yetirərək ərsəyə gətirdiyi kitabın gənclərimizin maariflənməsində yardımçı olacağını qeyd ediblər.

R.Kazımova “Sağlamlığa və uğura gedən yol” kitabında öz həyat hekayəsi ilə bərabər, uzunmüddətli iş təcrübəsini də paylaşıb. Bu kitab gələcək analar, hamilə qadınlar və onların dünyaya sağlam övladlar gətirməsi zamanı rastlaşa biləcək xəstəliklərin vaxtında aşkarlanması, profikatikası barədə dəyərli tövsiyələrlə zəngindir.

Xatırladaq ki, həyatını Azərbaycanın cənub bölgəsinin, xüsusən də Lənkəran qadınlarının sağlamlığının keşiyində durmağa həsr edən Raisə Təyyar qızı Kazımova 1955-ci ildə Lənkəran rayonunda anadan olub. 

O, 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (İndiki Azərbyacan Tibb Universiteti - red) müalicə-profilaktika fakultəsinə daxil olub. 1979-cu ildə həmin İnstitutu, 1980-ci ildə isə mama-ginekoloq ixtisası üzrə internaturanı bitirib. 

Raisə xanım 1980-ci ildən Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində fəaliyyətə başlayıb. 1992-ci ildən 2003-cü ilə qədər Lənkəran Hərbi Hospitalının cərrahiyyə şöbəsində çalışıb. 2003-cü ildən 2014-cü ilə qədər Lənkəranda “Sağlam Ailə” Mərkəzinin təsisçisi və direktoru olub. Hazırda ehtiyatda olan tibb xidməti mayorudur. Lənkəranda sonsuzluğun, hamilələrin və ginekoloji xəstəliklərin müalicəsi ilə məşğul olur.

O, iki qız anasıdır. Hər iki qızı onun peşəsinin davamçısıdır. Biri Almaniyanın Osnabrük şəhərində, digəri isə Bakı şəhərindəki klinikaların birində çalışır.

Son xəbərlər

Orphus sistemi