Yuxarı

“Diqlas”da 17 min kvadratmetr ərazi yanıb - FOTOREPORTAJ

“Diqlas”da 17 min kvadratmetr ərazi yanıb - FOTOREPORTAJ
© Report/Elchin Murad

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından sonra ərazidə təmizlik işləri aparılır.

“Report”un xəbərinə görə, yanğın baş verən binada alovun qarşısı alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ərazini tərk etməyib və bina indiyədək FHN-in canlı heyəti və texnikası vasitəsilə mühafizə olunur.

Hazırda binada təmizlik işləri aparılır. Ərazidə təmizlik işləri yekunlaşdırıldıqdan sonra bina müvafiq qurumlara təhvil veriləcək. Eyni zamanda binada yaxın günlərdə söküntü işləri aparılacaq.

“Report”un əldə etdiyi məlumata görə, “Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi binada baş verən yanğın, təxminən, 17 min kvadrat metrdən çox sahəni əhatə edib. Binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın digər hissələri (17 284 kvadratmetr) isə yanıb. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

Səid Qərib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi