DİN Hacıqabulda keçirilmiş əməliyyatın görüntülərini yayıb

DİN Hacıqabulda keçirilmiş əməliyyatın görüntülərini yayıb Faktlar üzrə cinayət işləri qaldırılıb
Multimedia
2 Avqust , 2017 12:34
DİN Hacıqabulda keçirilmiş əməliyyatın görüntülərini yayıb

Bakı. 2 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidməti bir neçə gün əvvəl Hacıqabulda keçirilmiş əməliyyatın görüntülərini yayıb.

“Report” həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə DİN-in müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər. Nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb. Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi