Dərsə gedən... - FOTOREPORTAJ

Dərsə gedən... - FOTOREPORTAJ Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 164 945 nəfər şagird gedir
Multimedia
15 Sentyabr , 2017 10:33
Dərsə gedən... - FOTOREPORTAJ
Report.az/Orxan Əzim

Bakı. 15 sentyabr. REPORT.AZ/ 2017-2018-ci tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 164 945 nəfər şagird gedir.

"Report" Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdən hazırladığı fotoreportajı təqdim edir.

Qeyd edək ki, bu tədris ilində ölkə məktəblərində 1 445 049 şagird təhsil alacaq.

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib, ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.

Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.12 məktəb binası əsaslı, 484 məktəb cari təmir edilib.1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

2017-2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4 563 416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Son xəbərlər

Orphus sistemi