Yuxarı

​Buxarest BİAS-2016 ənənəvi beynəlxalq aviaşou keçirilir - FOTOREPORTAJ

Aviaşouda 250 pilot 100-ə yaxın mülki və hərbi hava gəmisi ilə öz məharətini göstərirlər

Buxarest. 30 iyul. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərinin Aurel Vlayku adına Baneasa Beynəlxalq Aeroportunda “BİAS-2016” (Bucharest İnternational Air Show) aviaşousu start götürüb. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, artıq 8-ci dəfə təşkil olunan tədbirə Rumıniya da daxil olmaqla 9 ölkənin - ABŞ, İspaniya, Ukrayna, Yunanıstan, Çex Respublikası, Bolqarıstan, Avstriya və Litvanın Hərbi Hava Qüvvələrinin nümayəndələri qatılıb. 

Aviaşouda 250 pilot 100-ə yaxın mülki və hərbi hava gəmisi ilə öz məharətini göstərirlər. Şouda F-15 "Eagle", F-18 "Hornet", Su-25, Su-27, Su-31, MİG-21, C-130, L-159 ALCA, Yak-52, Mirage 2000 və Saab 39 Gripen tipli müxtəlif təyyarə və helikopterlər nümunəvi uçuşlar həyata keçirirlər. 

Təşkilatçılar şounu izləyənlər üçün aviasiya sərgisi də təşkil ediblər. Sərgidə müasir və öz dövrünü başa vuran hərbi və mülki təyyarələr nümayiş olunur. Aviaşou Bakı vaxtı ilə saat 21:00-dək davam edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi