Bu yolda kanalizasiya xətti ayda 2 dəfə partlayır - VİDEO

Bu yolda kanalizasiya xətti ayda 2 dəfə partlayır - VİDEO Bakının mərkəzində, Yasamal rayonu, İlqar İsmayılov küçəsində kanalizasiya suları küçəyə axıdılır
Multimedia
21 Aprel , 2021 10:43
Bu yolda kanalizasiya xətti ayda 2 dəfə partlayır - VİDEO
0 : 00
0 : 00

Bir neçə gün öncə “Report” əməkdaşlarının Bakının mərkəzində, Yasamal rayonu, İlqar İsmayılov küçəsində kanalizasiya sularının küçəyə axıdılması problemini işıqlandırması, məsələnin həllini tapması ilə nəticələndi.

Əraziyə problemin həll olunması ilə bağlı süjet hazırlamaq üçün gedərkən çirkli suların yenə də küçəyə axmaqda davam etdiyini gördük. Məlum oldu ki, kanalizasiya xətti növbəti dəfə partlayıb. Sakinlərin sözlərinə görə, burada kanalizasiya xətləri ayda iki dəfə partlayır.

Yasamal Rayon İcra Hakimiyyətindən “Report”un sualına cavab olaraq isə məsələyə cavabdehlik daşımadıqlarını, problemlə bağlı Nəsimi rayon Sukanal idarəsinə məlumat verəcəklərini bildiriblər.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi