Bakıda “Son zəng” - FOTOREPORTAJ

Bakıda “Son zəng” - FOTOREPORTAJ Bu gün Azərbaycanın bütün ümumi təhsil müəssisələrində dərs ili başa çatıb və “Son zəng” çalınıb.
Multimedia
14 İyun , 2019 11:28
Bakıda “Son zəng” - FOTOREPORTAJ

Bu gün Azərbaycanın bütün ümumi təhsil müəssisələrində dərs ili başa çatıb və “Son zəng” çalınıb.

“Report” xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən “Son zəng” tədbirləri məktəblərin həyətində keçirilib.

Xatırladaq ki, bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirib, 45 616 nəfər isə I sinfi başa vurub.

"Report" Bakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəbdən “Son zəng” fotoreportajını təqdim edir. 

Son xəbərlər

Orphus sistemi