Əlilliyin ən ağır formasında olan şəxslərin xilası - boççia - VİDEOREPORTAJ

Əlilliyin ən ağır formasında olan şəxslərin xilası - boççia - VİDEOREPORTAJ Bu gənclər maneələri aşmağa çalışırlar
Multimedia
3 Dekabr , 2016 14:03
Əlilliyin ən ağır formasında olan şəxslərin xilası - boççia - VİDEOREPORTAJ

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində əlillərə həm idman, həm də 10 qrup üzrə peşə hazırlığı keçirilir.

Boççia üzrə beynəlxalq məşqçi Nihat Yılmaz “Report”a açıqlamasında bildirib ki, Boççia əlilliyin ən ağır formasında olan şəxslərin məşğul olduğu idman növüdür: “Boççia qədim tarixə malik olan, rəngli toplarla oynanılan idman növüdür. Bu məntiqi-zəka oyunudur. Boççia ailə idmanıdır. Mənim köməkçilərimin çoxu analardır. Onlar öz övladlarına dəstək verirlər”.
Məşqçinin sözlərinə görə, azərbaycanda əlillərin reabilitasiyasına münasibət çox fərqlidir: “Bu Mərkəzə məktəb desək az olar, çünki gənclər burada həyata hazırlanırlar, peşə sahibi olurlar”.
Bu mərkəzdə yaşayan uşaqlar 7 gün, hər gün isə 7 saat çalışırlar. N.Yılmaz onların məşqlərdən sonra çox dəyişdiyini, hətta doğmalarının belə gəncləri tanıya bilmədiyini qeyd edib: “Biz sadəcə onların içində olan potensialı üzə çıxartmaq üçün kömək edirik, onların həyatlarına fərqli pəncərə açırıq. Onlar artıq özlərini cəmiyyətin bir üzvü kimi qəbul edirlər”.
Məşqçi bildirib ki, qüsurlu şəxs maneələri aşa bilməyən şəxsdir: “Bu gənclər isə maneələri aşmağa çalışırlar. Mən onlara qüsurlu kimi davranmıram, çünki onlar qüsurlu deyillər”.

Müxbir: Aynur Osmanqızı

Son xəbərlər

Orphus sistemi