Binə sakinləri: "Yollarımız keçilməzdir, içməli suyu pulla alırıq"

Binə sakinləri: "Yollarımız keçilməzdir, içməli suyu pulla alırıq" Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ("Bakavtamat" zavodunun arxa tərəfi) adlanan ərazidə yaşayan sakinlər tərəfindən yollarının bərbad və antisanitar vəziyyətdə olması, eyni zamanda su çatışmazlığı problemi ilə bağlı şikayət daxil olub.
Multimedia
209
1 Noyabr , 2021 20:00
Binə sakinləri: Yollarımız keçilməzdir, içməli suyu pulla alırıq

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində, "Bakavtamat" zavodunun arxa tərəfində yaşayan sakinlər tərəfindən yollarının bərbad və antisanitar vəziyyətdə olması, eyni zamanda su çatışmazlığı problemi ilə bağlı şikayət daxil olub.

“Report”un əməkdaşları sözügedən ünvana yollanıb, sakinlərin şikayətlərini dinləyiblər.

“15 ildən çoxdur yolların vəziyyəti belədir. Asfalt örtüyü olmadığından yağış yağan kimi yollar keçilməz olur. Bununla yanaşı, ərazidə mərkəzləşmiş su xətti də yoxdur. İçməli suyu kənardan pulla almaq məcburiyyətində qalırıq”, - deyə sakinlər bildiriblər.

Onlar məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, nəticəsiz qaldığını vurğulayıblar.

“Report”un əməkdaşı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb, ancaq zənglər cavabsız qalıb.

Mövzu ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik:

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi