Bərdədə 2 mərtəbəli, 10 otaqlı ev yanıb - VİDEO

Bərdədə 2 mərtəbəli, 10 otaqlı ev yanıb - VİDEO Bərdə. 5 noyabr. REPORT.AZ/ Bərdə rayonunda ikimərtəbəli, 10 otaqlı ev yanıb.
Multimedia
5 Noyabr , 2018 16:09
Bərdədə 2 mərtəbəli, 10 otaqlı ev yanıb - VİDEO
0 : 00
0 : 00

Bərdə. 5 noyabr. REPORT.AZ/ Bərdə rayonunda ikimərtəbəli, 10 otaqlı ev yanıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib. 

Belə ki, kənd sakini Susəndə Azay qızı Quliyevaya məxsus ikimərtəbəli, 10 otaqlı ev əşyaları ilə birlikdə yanıb. 

Ev sahibinin sözlərinə görə, hadisə elektrik qısaqapanması səbəbindən baş verib. Evin birinci mərtəbəsindən başlayan yanğın qısa müddət ərzində genişlənərək bütün otaqlara keçib. Hadisə zamanı evin bütün əşyaları yanaraq külə dönüb. Mənzildə iki gəlinin cehizlik əşyaları olduğu bildirilir.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi