Yuxarı

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO
Avtomobillə 2 ton yük daşımaq olar

Bərdə. 19 noyabr. REPORT.AZ/ Bərdə rayon sakini yararsız dəmir çəlləklərdən avtomobil hazırlayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayon sakini Tofiq Kərimovun hazırladığı avtomobil iki qapılıdır və maşına 4 nəfər əyləşə bilər. 

T.Kərimovun sözlərinə görə, avtomobilin hazırlanmasında VAZ-ın ehtiyat hissələrindən istifadə olunub. Oturacaqlar isə BMW markalı avtomobilindir: "Bu, mənim ilk işimdir. Maşını əkin sahələrində istifadə etmək üçün hazırlamışam və olduqca çox rahat çalışır. Artıq bu avtomobildən kənd təsərrüfatı sahəsində istifadə edirəm. Bu avtomobillə tarladan 2 tona yaxın pambıq daşımaq mümkündür. Bundan başqa, avtomobilin üzərində müəyyən dəyişiklik etməyi planlaşdırmışam. Əlavə olaraq isə avtomobilin önünə otbiçən quraşdırmağı düşünürəm". 

O, əlavə edib ki, istənilən şəxs üçün 2000 manata bu avtomobildən hazırlaya bilər.

Qeyd edək ki, avtomobil beş dəmir çəlləkdən istifadə olunmaqla beş ay müddətinə hazırlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi