Yuxarı
    Bağlamaq

    Bayılda növbəti sürüşmə - FOTOREPORTAJ - VİDEO

    Dinlə
    Ərazidə araşdırmalar aparılır© Report/Elçin Murad

    Bakı. 16 may. REPORT.AZ/ Mayın 15-də Bayılda növbəti torpaq sürüşməsi baş verib. Bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir. 

    Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. Eyni zamanda rayon icra hakimiyyəti tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub. 

    Səbail RİH tərəfindən qabaqlayıcı tədbirlər görülərək sürüşmədən əvvəl Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər. Mayın 15-də isə təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə, Buxta küçəsindən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

    "Report" sürüşmə ərazisindən fotoreportajı təqdim edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi