"Bavariya" "Beşiktaş"ı məğlub edərək Çempionlar Liqasının 1/4 finalına çıxıb - FOTOREPORTAJ

"Bavariya" "Beşiktaş"ı məğlub edərək Çempionlar Liqasının 1/4 finalına çıxıb - FOTOREPORTAJ Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb
Multimedia
1602
15 Mart , 2018 00:14
Bavariya Beşiktaşı məğlub edərək Çempionlar Liqasının 1/4 finalına çıxıb - FOTOREPORTAJ
Report

İstanbul. 15 mart. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubu futbol üzrə Çempionlar Liqasının 1/8 finalında "Bavariya"nı (Almaniya) qəbul edib.

“Report” xəbər verir ki, "Vodafon Arena"da baş tutan görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində Tyaqo Alkantara və Sandro Vaqner fərqlənib. Daha bir qolu "Beşiktaş"ın futbolçusu Gökhan Gönül öz qapısına vurub. Türkiyə komandasının təsəlli qolunu isə Vaqner Lav öz adına yazdırıb.

Birinci matçda Münhen komandası 5:0 hesabı ilə qalib gəldiyindən, "Bavariya" Çempionlar Liqasının ¼ finalına vəsiqə qazanan tərəf olub, "Beşiktaş" isə turnirdə mübarizəni dayandırıb.

Çempionlar Liqası. 1/8 final. 2-ci matç

"Beşiktaş" – "Bavariya" - 1:3

Qollar: 0:1 – Alkantara – 18, 0:2 – Gönül – 46 (avtoqol), 1:2 – Lav – 59, 1:3 – Vaqner – 84.

Son xəbərlər

Orphus sistemi