Baku TV-nin yaranmasından 3 il ötür

Baku TV-nin yaranmasından 3 il ötür Bu gün Baku TV internet televiziyasının yaranma günüdür
Multimedia
18 Fevral , 2021 18:29
Baku TV-nin yaranmasından 3 il ötür

Bu gün Baku TV internet televiziyasının yaranma günüdür.

"Report"un xəbərinə görə, Baku TV-nin yaranmasından üç il ötür.

Televiziya qısa müddət ərzində ölkənin ən məşhur onlayn televiziyalarından biri olub, tamaşaçı rəğbətini qazanmaqla reytinqlərdə ilk pillələrə yüksəlib.

İnternet üzərindən yayımlanan televiziya siyasət, iqtisadiyyat, idman, şou-biznes sahəsində, ölkədə və dünyada baş verən maraqlı hadisələri tez və operativ şəkildə işıqlandıraraq izləyicilərinin marağını qazanıb.
Baku TV-nin hazırda “Youtube”da 300 minə yaxın abunəçisi var.

“Facebook”dan isə Baku TV-nin xəbərlərini aylıq 15 milyon adam izləyir.

"Report" İnformasiya Agentliyinin kollektivi Baku TV-də çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Müxbir: Gülçin Cəmil

Video: Ehtiram Cəbi

Montaj: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi