Bakıya yeni gətirilmiş metro qatarının təqdimatı keçirilib - FOTOREPORTAJ

Bakıya yeni gətirilmiş metro qatarının təqdimatı keçirilib - FOTOREPORTAJ Bakı. 23 aprel. REPORT.AZ/ Bakı Metropoliteni QSC ölkəyə yeni gətirilmiş 5 vaqonlu sərnişin qatarının təqdimatını edib.
Multimedia
23 Aprel , 2018 13:28
Bakıya yeni gətirilmiş metro qatarının təqdimatı keçirilib - FOTOREPORTAJ
Report/Firi Salim

Bakı. 23 aprel. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC ölkəyə yeni gətirilmiş 5 vaqonlu sərnişin qatarının təqdimatını edib. 

"Report"un məlumatına görə, təqdimat mərasimində jurnalistlərə açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, gələn ay daha bir qatar Azərbaycana gətiriləcək: "Bu ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək. Qatarın vaqonları arasında keçid mövcuddur. Həmçinin qatar son texnologiyalarla təmin edilib. Yeni qatarın sərnişin tutumu da digərlərinə nisbətən çoxdur". 

Bundan başqa, onun sözlərinə görə, metropoliten bənövşəyi xəttin B3 adlanan stansiyasında, eləcə də Dərnəgül elektrik deposunda tikinti işlərini sürətləndirib. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi