Yuxarı
    Bağlamaq

    Buzlu yollar Bakıda avtomobillərin hərəkətinə ciddi problemlər yaradıb - VİDEO

    Bir neçə qəza baş verib

    Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Binəqədi rayonunun Hüseynbala Əliyev və Eldar Babayev küçələrinin kəsişməsindəki "dörd yol"da nəqliyyatın hərəkətində çətinliklər yaranıb. "Report" xəbər verir ki, buz bağlamış yollara qum və duz səpilmədiyindən, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

    Həmçinin bir neçə avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi