Bakının azadlığının 100 illiyi - möhtəşəm paraddan FOTOREPORTAJ - VİDEO

Bakının azadlığının 100 illiyi - möhtəşəm paraddan FOTOREPORTAJ - VİDEO Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib.
Multimedia
15 Sentyabr , 2018 18:03
Bakının azadlığının 100 illiyi  - möhtəşəm paraddan FOTOREPORTAJ - VİDEO
Report/Elchin Murad

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları paradda keçid ediblər.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.

Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olub. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa edib.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları olub.

Son xəbərlər

Orphus sistemi