Yuxarı
    Bağlamaq

    Bakıdakı parklarda plastik tullantıların toplanması üçün konteynerlər yerləşdirilib - VİDEO

    Dinlə

    Bakı. 13 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantıların idarə olunması ilə bağlı yeni təşəbbüslə çıxış edib.

    Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report" açıqlamasında bildirib ki, ETSN Bakı, Sumqayıt və Gəncə şəhərlərinin İcra Hakimiyyətlərinə plastik tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlərin yerləşdirilməsi üçün yerlərin ayrılmasına dair məktublar göndərib. 

    Onun sözlərinə görə, konteynerlərin sözügedən şəhərlərin pilot ərazilərində, əsasən də insanların sıx toplaşdığı məkanlarda və parklarda yerləşdirilməsi tövsiyyə edilib: "Artıq ETSN plastik tullantıların toplanması üçün xüsusi konteynerlər sifariş verib və iyun ayının 12-dən etibarən onlar Bakı şəhərindəki bəzi parklarda yerləşdirilib. ETSN plastik tullantıların idarə olunması və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə start verib". 

    İ.İbrahimova vurğulayıb ki, nazirlik vətəndaşları bu işdə həmrəylik göstərməyə çağırır: "Biz istəyirik ki, plastik qabların və polietilen torbaların insan sağlamlığına və ətraf mühitə zərəri cəmiyyətdə təbliğ edilsin, tədricən polietilen qablaşdırmadan imtina olunsun. İlkin olaraq plastik tullantıların düzgün idarə olunması, xüsusi konteynerlərə toplanması və təkrar istehsala istiqamətləndirilməsi təşəbbüsləri irəli sürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemlə bağlı gələn tövsiyyələri və təklifləri məmnuniyyətlə qəbul edir. İctimaiyyət plastik məmulatlardan istifadənin təhlükəsini bilməli və buna qarşı mübarizə aparmalıdır".

    Foto-video: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi