Yuxarı

Bakıdakı “Canlı işıqfor”un bir günü - VİDEOREPORTAJ

Xalid Musayev könüllü fəaliyyətlə məşğuldur

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Xalid Musayev uzun illərdir "Canlı işıqfor" kimi fəaliyyət göstərir. O, könüllü olaraq hər gün səhər saat 7-dən axşam saat 18:00-dək yollarda piyadaların təhlükəsizliyini qoruyur.

X.Musayev deyir ki, gün ərzində onu təhqir edən sürücülərlə də qarşılaşır, ancaq onu yollarda təhlükəsizliyi təmin etmək məqsədindən heç kim uzaqlaşdıra bilməz. 

O, yolda təhlükəsizliyi təmin etməklə yanaşı, həm öz nəvələrinə, həm də məktəblilərə yol hərəkəti qaydalarını da öyrədir.

"Report" "Canlı işıqfor"un bir günlük fəaliyyətini işıqlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi