Yuxarı

Bakıda tullantıların atmosferə buraxılması ilə bağlı reyd keçirilib - VİDEO

© Report

Bakı. 26 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları sənaye müəssisələrindən atmosferə atılan tullantılarla bağlı növbəti reyd keçirib.

Bakı şəhəri, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsində yerləşən metaləritmə sexində həyata keçirilən monitorinq və araşdırmanı “Report”un əməkdaşları da izləyib.

Araşdırma və monitorinqin bu ünvanda keçirilməsinə həm də ətrafda yaşayan sakinlər tərəfindən sexdən atılan tüstü və qoxu ilə bağlı Nazirliyə edilmiş şikayət də səbəb olub.

Reyd zamanı ərazidə yaşayan vətəndaşlar metaləritmə sexinin fəaliyyəti zamanı tüstü və kəskin qoxunun yarandığını təsdiqləyib və bu narahatlığın aradan qaldırılmasını istəyiblər. Nazirliyin mütəxəssisləri, öz növbəsində, bu məsələni diqqətdə saxlayacaqlarını və atmosferə atılan tullantıların normadan artıq olacağı təqdirdə, lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Özünü səlahiyyətli şəxs kimi təqdim edən sexin işçisi öncə ETSN əməkdaşlarına, media nümayəndələrinə müqavimət göstərib və onların əraziyə baxış keçirməsinə mane olub. Polis əməkdaşlarının müdaxiləsindən sonra ETSN-in əməkdaşları metaləritmə sexinin istehsalat zonasına daxil ola bilib.

ETSN-dən “Report”a bildirilib ki, ərazidə aparılmış monitorinq və araşdırmaların nəticələri məlum olandan sonra sex barədə qanunamüvafiq tədbir görüləcək.

Video: Rəşad Tuncay

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi