Bakıda “Sevgililər günü” - FOTOREPORTAJ

Bakıda “Sevgililər günü” - FOTOREPORTAJ “Tez-tez gül alan adamlar da var ki, onlar üçün bayram olub-olmamağı fərq etmir”
Multimedia
14 Fevral , 2017 14:37
Bakıda “Sevgililər günü” - FOTOREPORTAJ

Bakı. 14 fevral. REPORT.AZ/ Bu günü Azərbaycanda bir sıra gənclər "sevgililər günü" kimi qeyd edir.

"Report"un əməkdaşları bu günlə əlaqədar paytaxtda bir neçə gül və hədiyyə satılan dükanlarda olub, fotoreportaj hazırlayıblar.

Satıcılar bildiriblər ki, bir neçə gündür hədiyyə və gül dükanlarında müəyyən canlanma hiss olunur. Paytaxtın mərkəzində yerləşən gül mağazalarının birinin sahibi dedi ki, ötən illərlə müqayisədə bu il alıcı sayı azdır: "Gülün birinin ən aşağı qiyməti 3 manatdan başlayır. Alınan buketlərin qiyməti əsasən 25-30 manat civarında olur. Ötən illərlə müqayisədə builki bayramda əhval-ruhiyyənin düşməsi devalvasiya ilə bağlıdır. İnsanlar israfçılıq, əlavə xərc etmək istəmirlər".

Yolun kənarında hər gün əlində gül satan şəxs isə deyir ki, onlar üçün günün, bayramın fərqi yoxdur: "Biz hər gün gül satırıq, az da, çox da satdığımız olur. Son vaxtlar alan azalsa da, tez-tez gül alan adamlar da var ki, onlar üçün bayram olub-olmamağı fərq etmir".

Kosmetika mağazasından bildirdilər ki, son günlər hədiyyə alanların sayı nisbətən çoxalıb: "Ötən illərlə müqayisədə isə bu il alıcıların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu da böhranla bağlıdır".

Mağazadan həmçinin bildirdilər ki, alıcılar hədiyyə olaraq əsasən ətir alırlar: "Hədiyyələrin qiymətləri isə əsasən ya 100 manatdan aşağı, ya da 200 manatdan yuxarı olur".

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi