Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub Vətən müharibəsi iştirakçılarından biri də Səbuhi Azər oğlu Əsədovdur. 1999-cu ildə Baki şəhərində anadan olan Səbuhi əslən Cəbrayıl rayonundandır.
Multimedia
19 Yanvar , 2021 19:38
Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Vətən müharibəsi iştirakçılarından biri də Səbuhi Azər oğlu Əsədovdur. 1999-cu ildə Bakı şəhərində anadan olan Səbuhi əslən Cəbrayıl rayonundandır. 2005-ci ildə Suraxanı rayonu 85 nömrəli məktəbin birinci sinfinə gedir və 2016-cı ildə həmin məktəbi bitirərək 2019-cu ildə Mingəçevirə hərbi xidmətə yollanır.

"Report" xəbər verir ki, Səbuhi Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Talış, Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə şəhid olub.

Bu günlərdə yaşadığı ərazidə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub.

Son xəbərlər

Orphus sistemi