Yuxarı

Bakıda Ramazan ayının ilk Qədr gecəsi qeyd olunub - FOTOREPORTAJ

Möminlər gecəni namaz qılmaq və Quran oxumaqla keçiriblər

Bakı. 25 iyun. REPORT.AZ/ İslam aləmində müqəddəs Ramazan ayının son on günü "əhya gecələri", yəni Qurani Kərimin nazil olduğu "Qədr gecələri" kimi qeyd olunur.

"Report" xəbər verir ki, ilk "Qədr gecəsi" Bakının "Məşhədi Dadaş" məscidində də keçirilib.

İlk "Qədr gecəsi" Ramazan ayının 19-dan 20-nə keçən gün qeyd edilir. Hədislərdə ilk növbədə bu gecə yatmamaq tövsiyə olunur. Ərəb dilində bu, "əhya" adlanır (Xalq arasında "Qədr gecələri"). Lakin bu gecələrdə iş sadəcə yatmamaq ilə bitmir. Əsas şərt bu gecəni ibadət etmək – namaz qılmaq, quran oxumaq, günahların bağışlanmasını diləmək və dua etməklə keçirməkdir.

Hədislərə görə, İslam peyğəmbəri Muhəmməd (s.a.a.s) Ramazan ayının son 10 günündə öz yorğan-döşəyini yığaraq kənara qoyar və ailə üzvlərini də bu gecələri ibadət etmək üçün oyadardı.

Bu gün həm də İmam Əli əleyhissalamın (ə) Sübh namazında qılıncla zərbətləndiyi gündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi