Yuxarı

Bakıda polis naryadlarının sayı artırılıb - FOTOREPORTAJ

​Bakıda polis naryadlarının sayı artırılıb
Dinlə

1268

© Report/Elchin Murad

“Paytaxt ərazisində xidmət aparmaq üçün əlavə patrul naryadları cəlb edilib”.

Bu barədə "Report"a açıqlamasında Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru Elçin İsgəndərov bildirib.

O qeyd edib ki, Bakının məhəllələrarası və küçələrdə olan xidmətlər əvvəlki günlərdəki kimi davam etdirilir:

“Xüsusi ilə patrul naryadlarının sayı Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçularının sayı avtobus dayanacaqlarında, metro girişlərində, bankların və poçt xidmətlərinin qarşısında artırılaraq, sosial izolyasiyaya əməl edilməsi üçün vətəndaşlarla profilaktik söhbətlər gücləndirilib”.

E.İsgəndərov qeyd edib ki, xidmət aparan naryadlar vətəndaşların tibbi maskasının, əlcəklərinin və icazə sənədlərinin olub-olmadığını yoxlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi