Yuxarı

Bakıda l Avropa Oyunlarının Media kəndi istifadəyə tam hazırdır - FOTOREPORTAJ

630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib

Bakı. 10 iyun. REPORT.AZ/ Bakıda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılan Media kəndi istifadəyə tam hazırdır. Media kəndi bu gündən etibarən qapılarını jurnalistlərin üzünə açıb. Burada jurnalistlər üçün bütün lazımi şərait yaradılıb.

İlk Avropa Oyunlarını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib. Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya da daxil olmaqla, ümumilikdə "Bakı 2015"in işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatdan keçib.

"Report" Media kəndindən hazırladığı fotoreportajı təqdim edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi