Bakıda ​"Keçid əməliyyatı" layihəsinin nəticələri ictimaiyyətə təqdim olunub - FOTO - VİDEO

Bakıda ​"Keçid əməliyyatı" layihəsinin nəticələri ictimaiyyətə təqdim olunub - FOTO - VİDEO Sonda layihə iştirakçılarına sertifikat verilib
Multimedia
10 May , 2016 15:59
Bakıda ​Keçid əməliyyatı layihəsinin nəticələri ictimaiyyətə təqdim olunub - FOTO - VİDEO

Bakı. 10 may. REPORT.AZ/ Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr edilən "Keçid əməliyyatı" layihəsinin nəticələri ictimaiyyətə təqdim olunub. "Report"un məlumatına görə, bu münasibətlə Qafqaz Universitetində Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) və adıçəkilən ali təhsil müəssisəsinin birgə təşkilatçılığıyla tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə iştirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film izləyiblər.

Layihə çərçivəsində universitetin tələbələri DYP əməkdaşları ilə birgə Bakı şəhəri ərazisində piyadaları maarifləndirmək məqsədilə "Bir dəqiqə, ya bir ömür" şüarı ilə 6 ünvanda reydlərdə iştirak ediblər.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç tələbələrin DYP ilə birgə həyata keçirdiyi layihənin insanların həyatı üçün əhəmiyyətli olduğunu qeyd edib. 

Bildirib ki, universitet bu kimi faydalı layihələri hər zaman dəstəkləyir.

BŞBPİ DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov tədbirdə çıxış edərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin maarifləndirmə işlərində fəallığını təmin etməkdir: "İnsan həyatının, təhlükəsizliyinin qorunması işi ailədən və məktəbdən başlanır. Qafqaz Universitetinin layihəsi də cəmiyyətin maarifləndirilməsinə töhfə oldu".

Sonda layihə iştirakçılarına sertifikatlar verilib.

Son xəbərlər

Orphus sistemi