Yuxarı
    Bağlamaq

    Azərbaycanda ilk Əhya gecəsi qeyd olunub - FOTOREPORTAJ

    Fotoreportaj Fatimeyi-Zəhra məscidindən hazırlanıb© Report.az

    Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanda iyunun 13-dən 14-nə keçən gecə Ramazan ayının ilk Əhya gecəsi qeyd olunub.

    "Report" xəbər verir ki, Bakıdakı "Fatimeyi-Zəhra" məscidinə toplaşan inanclı insanlar bu gecə münasibətilə ibadət edərək dualar oxuyublar, din xadimləri Ramazan ayının fəzilətlərindən danışıblar.

    Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Lakin Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədir gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də "Əhya gecələri" adlanır.

    Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

    Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq. Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi