Yuxarı

Bakıda Gül bayramı keçirilir - FOTOREPORTAJ

Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı şəhər Mərkəzi Parkında Gül bayramı keçirilir. “Report” xəbər verir ki, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.

Paytaxt sakinlərinin və şəhərin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramında çiçəklərdən, yarpaqlardan və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Report”a bildirib ki, bayramla əlaqədar 80 ölkədən 2 milyondan çox gül gətirilib. Güllər müvafiq olaraq həmin ölkələrin gül mütəxəssisləri tərəfindən dizayn edilib. Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir.

“Report” Gül bayramından hazırladığı fotoreportajı təqdim edir.

Xatırladaq ki, BŞİH paytaxt sakinlərini və ölkəyə gələn qonaqları bu gün saat 21:00-da Dənizkənarı Milli Parkda keçiriləcək bayram konserti və atəşfəşanlığa dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi